SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakıda intihara cəhd hadisəsi baş verib. Hadisə Yasamal rayonu ərazisində qeydə alınıb.
 
BAKU.WS xəbər verir ki, bir övlad anası olan 20 yaşlı Afiyə Sadıqova Tiflis prospektindəki körpüdən özünü atıb. Qadın çoxsaylı sınıq xəsarətləri alsa da, sağ qalıb. Onu 1 saylı Şəhər Klinik Xəstəxanasının ərazidən keçən həkimi öz şəxsi avtomobili ilə işlədiyi xəstəxanaya çatdırıb. Həkimlər qadının həyatını xilas edə biliblər. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, 2 yaşlı övladı olan Afiyə Sadıqova təxminən iki ay əvvəl həyat yoldaşından küsərək, ata evinə qayıdıb. Ötən axşam isə 20 yaşlı qadın körpüdən özünü ataraq, intihar etmək istəyib. Onun intihara cəhd etməsinin səbəbinin ailəsindəki münaqişə olduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
 
BAKU.WS