100-dən çox Xocalı sakinini xilas edən Qarabağ qazisi DANIŞDI - VİDEO

100-dən çox Xocalı sakinini xilas edən Qarabağ qazisi DANIŞDI - VİDEO
Video
Hadisə 1782
Ermənilərin planlı surətdə həyata keçirdiyi Xocalı qırğınının qarşısını almağa çalışan, sakinləri düşmən gülləsindən xilas etmək üçün canlarını təhlükəyə atan vətənin qəhrəman oğulları da az olmayıb. Onlardan biri Ağdamın Əhmədavar kəndindən olan Oruc Cabbarovdur. O, 26 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb.Xocalı soyqırımı zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin böyük rolu olub. Keçmiş döyüşçü Ağdamın Əhmədavar kənd sakini Oruc Cabbarov 26 il əvvəl şahidi olduğu dəhşətli hadisələrdən danışıb. Vətənin qəhrəman oğlunun sözlərinə görə, Xocalı sakinlərini xilas etmək üçün onlar dərhal əməliyyat keçiriblər. İlk olaraq düşmən mühasirəsini yarmaq üçün Qaraqaya yüksəkliyində yerləşən erməni mövqeyini 4-5 nəfərdən ibarət kəşfiyyat xarakterli əməliyyat dəstəsi ilə ələ keçiriblər. Nəticədə düşmən postunu ələ keçirməklə Xocalı istiqamətində mühasirəni yarıblar. Bu əsirlərin xilas edildiyi yeganə yol olub. Bu əməliyyat nəticəsində 100-ə yaxın Xocalı sakini bir gecəyə azad edilib. Xocalıdan Ağdam istiqamətinə qaçan insanların necə vəhşiliklə qətlə yetirildiyinin şahidi olduğunu deyən Oruc Cabbarov qadınlar, qocalar, körpə uşaqlar ağlasığmaz qəddarlıqla öldürüldüyünü və bu vəhşiliyi sözlə ifadə etməyin çox çətin oldugunu bildirir. Keçmiş döyüşçü o acı xatirələrin heç vaxt silinməyəcəyini, lazım gəlsə indi də döyüşə gedə biləcəyini deyir. BAKU.WS

Son xəbərlər