Baş nazirdən Maliyyə Nazirliyi ilə bağlı QƏRAR

14
noy
2019
10:33
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 avqust tarixli 300 nömrəli Qərarında dəyişiklik edib. BAKU.WS xəbər verir ki, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 20-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:Azərbaycan Respublikası Maliyyə Nazirliyinin kollegiya üzvlərinin sayı 13 nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:Kollegiyanın sədri
- Azərbaycan Respublikasının Maliyyə naziri
- Azərbaycan Respublikası Maliyyə nazirinin birinci müavini
- Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
- Azərbaycan Respublikası Maliyyə nazirinin müavini
- Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
- rəhbəri
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
- rəhbərinin müavini
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə
- Nəzarəti Xidmətinin rəisi
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
- Xəzinədarlığı Agentliyinin direktoru
- Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət
- Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin
- direktoru
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının
- Büdcə şöbəsinin müdiri
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Aparatının Vergi
- siyasəti və gəlirlər şöbəsinin müdiri
- Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı Şəhəri üzrə
- Baş Maliyyə İdarəsinin rəisi.
Oxşar xəbərlər
Novruz Məmmədov Surət Hüseynovun qərarında dəyişiklik etdi
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 3 mart tarixli 93 nömrəli Qərarı ilə təsdiq edilmi...
