Prezident idmançı və məşqçiləri mükafatlandırdı - I yer 50 min AZN - SƏRƏNCAM
20
iyl
2019
13:36
Prezident İlham Əliyev İtaliyanın Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, Sərəncama əsasən idmançılar və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılır:Birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;İkinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;Üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;Komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Oxşar xəbərlər
Bu şəxslərə 50 min manat veriləcək - SƏRƏNCAM
Prezident İlham Əliyev Minsk şəhərində keçirilən II Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üç...