Dünya bazarında neftin qiyməti artıq üçüncü həftədir ki, öz minimal qiymətini yeniləyir.

BAKU.WS
RBK-ya istinadən xəbər verir ki, Brent markalı neftin bir barrelinin qiyməti 29 dollardan da aşağı düşüb. Hazırda 1 barrel üçün qiymət 28,89 dollarda qərarlaşıb.

Reuters-in məlumatına görə, neft 2015-ci ilin maksimal qiyməti ilə müqayisədə bu il 20 faiz dəyərini itirib.

WTI markalı neftin qiymətində də ucuzlaşma var. Hazırda qiymət 5,06 % enib və bu markalı neftin bir barreli 29,65 dollara təklif edilir.

Ziya Babayev
BAKU.WS