VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Şəhər İcra Hakimiyyətindən güclü küləklə bağlı paytaxt sakinləri və qonaqlara xəbərdarlıq edilib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun BAKU.WS-ə verdiyi məlumata görə, güclü külək bir çox fəsadlara səbəb ola bilər.

Əvvəlki fəsillərə nisbətən hazırda ağaclar yarpaqlar açı. Bununla da, ağaclarda ağırlıq nisbətən çoxalıb. Bununla da, əsəb külək nəinki qurumuş ağacları, hətta sağlamları da aşma təhlükəsi altında qoyur.

Təhlükəni nəzərə alaraq, sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür".

Qeyd edək ki, bu gün Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti hökm sürür.

Ziya SƏCCAD
BAKU.WS