SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünya bazarlarında neftin qiyməti yenidən ucuzlaşıb.
 
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,78 dollar azalaraq 30,74 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiymətində də ucuzlaşma qeydə alınıb. Brent neftin 1 barelinin qiyməti 2,08 dollar ucuzlaşaraq 30,83 dollara bərabər olub. 
 
Qeyd edək ki, "qara qızıl"ın qiyməti ABŞ-da həftəlik neft fond məlumatlarının açıqlanacağı ərəfədə enişə başlayıb. Çünki, Enerji İnformasiya Agentliyi ABŞ-ın neft ehtiyyatlarının 2 milyon barel artdığını açıqlayacağı gözlənilir. Dünyanın ən böyük neft istehlakçısı olan ABŞ-ın həftəlik neft hesabatı açıqlanmamış "qara qızıl" dünya bazarında sürətlə ucuzlaşaraq 12 illik antirekordu təzələyib. 
 
BAKU.WS