Dünya birjalarında neftin qiyməti kəskin bahalaşıb.
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 6,41 dollar artaraq 42,87 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də qiyməti bahalaşıb. Bu növ neftin 1 barelinin qiyməti dəyəri 3,56 dollar artaraq 47,72 dollar olub.
"Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti isə 2,56 dollar (5,77%) bahalaşaraq 46,90 dollara çatıb.
ŞAHİN Həbibov
BAKU.WS