Məşhur azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədov bir neçə gün öncə Çeçenistanın paytaxtı Qroznı şəhərində "Qroznaya bitva - 13" çərçivəsində döyüşdə əzəli rəqibi Polşa əsilli avstraliyalı Pol Slavinskiyə qalib gəlib.

BAKU.WS atv.az-a istinadla verdiyi məlumata görə, idmançımızı bu qələbə münasibəti ilə təbrik edənlər arasında məşhur amerikalı aktyor Jan-Klod Van Dammda var. O, bu münasibətlə Zabit Səmədova zəng edib.
 
Xatırladaq ki, Azərbaycan əsilli döyüşçü Zabit Səmədovun daha bir möhtəşəm qələbə qazandığı barədə yazmışdıq. 4 ay aradan sonra rinqə çıxan həmyerlimiz Çeçenistanın Qroznı şəhərində prinsipial döyüşdə 7 il əvvəlki intiqamını alıb. "Qroznaya bitva - 13” adlı döyüş gecəsi çərçivəsində "Axmat” klubunu təmsil edən Zabit polşalı Pol Slovinski ilə qarşılaşıb və onu məğlub edib.
 
BAKU.WS