VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əmə­­liyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.


Xidmətin Mətbuat Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə. noyabr 29-da DSX-nin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xid­məti ərazi­sində dövlət sərhədinin silahlı şəxslər tərəfindən po­zulmasına hazırlıq barədə daxil olan əməliyyat məlumatı əsa­sında həmin istiqamətdəki sərhəd zas­ta­va­larının xidməti güclən­dirilib, zəruri qabaqlayıcı tədbirlər görül­üb.



Saat 19:10 radələrində Cəlilabad rayonu­nun Edişə kəndi ya­xın­lığındakı sərhəd zas­tavasının xidməti sa­həsində dövlət sərhə­dinin pozulması barədə daxil olan məlumat əsasında sərhəd zastavası “Silaha” komandasına qaldı­rı­laraq hadisə yerinə hərəkət edib.


Nəzarət-iz zolağında İran İslam Respublikasından Azər­baycan Respublikası istiqamətində ayaq iz­ləri aşkar olunub.


Sərhəd pozucularının aşkarlanması və yaxalanması məqsədi­lə əlavə qüvvələr cəlb olun­maqla və xü­su­si texniki vasitələrin imkanlarından istifadə edilməklə təxirəsalınmaz sər­­­­həd axtarışı tədbirləri həyata keçirilib.



Sərhədyanı yaşayış mən­­­­tə­qə­ləri istiqamətində yollar sərhəd naryadları tərəfindən qa­pa­­dılıb, qarşılıqlı əlaqədə olan hüquq-mühafizə orqanları məlumatlandırılıb.


Saat 21:25 radələrində sərhəd axtarışında olan sərhəd nar­yadı tərəfindən dövlət sərhədində qaraltı müşahidə edilib, həmin istiqamətdə 2 nəfər naməlum şəxsin qaçmasını aşkar edilib.



Sərhəd naryadının “Dayan” komandasına tabe olmayan sərhəd pozucuları tərəfindən sərhədçilərə qarşı avto­mat silahdan atəş açılıb, cavab atəşi ilə sərhəd pozucularından biri sərrast atəşlə ayağından yaralanaraq hadisə yerində tutulub.


Digər sər­həd pozucusu hadisə yerindən qaçmağa müvəffəq olub. Hadisə yerində 1 ədəd 7,62 mm çaplı AKM-74 markalı silah, 1 ədəd gecəgörmə cihazı, 1 ədəd mobil telefon aşkarlanıb.


Silahlı müqavimət zamanı sərhəd naryadına qarşı 20-dən yuxarı güllə atılıb, güllələrdən biri xidməti avtomobilə dəyib, sərhədçilər arasında yaralanan və xəsarət alan olmayıb.


Yaralanan sərhəd pozucusu Cəlilabad rayonunun mərkəzi xəstəxanasına təxliyə edilib və ona təcili tibbi yardım göstərilib. Araşdırma zamanı saxlanılan şəxsin 1976-cı il təvəllüdlü Nəsiri Şəhzad Şekar olması müəyyən edilib.



Ş.Nəsiri 20.09.2007-ci ildə Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tə­rə­findən sərhəd pozucusu qismində tutulub, narkotik qa­çaq­malçılığı ilə əlaqədar törətdiyi cinayətlərə görə Azərbaycan Res­publikasında azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilib.


06.04.2014-cü ildə Ədliyyə Nazirliyinin Peniten­siar Xidməti tərəfindən “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasının müvafiq dövlət orqanlarına təhvil verilib.



Ş.Nəsirinin 2018-ci ilin 21 iyun tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində silahlı cinayətkar dəstə tərəfindən dövlət sər­hə­dinin pozulmasının qarşısı alınarkən sərhəd naryadına qarşı si­lahlı müqavimət göstərməklə çavuş Kurupov Ramazan Məmməd oğ­lunu yaralamış şəxs olması da müəyyən edil­ib.


Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, çətin relyef və ağır hava şəraitində dövlət sərhədinin etibarlı mühafizəsini təmin etmiş sərhədçilərə minnətdarlığını bildirib.


Silahlı sərhəd pozu­cularının aşkar edilərək zərərsizləşdiril­mə­sində fərqlənmiş hərbi qulluqçuları təltif edib.


BAKU.WS