Ötən gün Bakı şəhərində elektrik enerjisinin kəsintisi nəticəsində Bakı metrosunda yaranmış problem nəticəsində bəzi sərnişinləri halı pisləşib.

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, metrodan təxliyə edilən vətəndaşlara ilkin tibbi yardım göstərilib.

“Həkimlərimiz 19 nəfərə yardım edib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. Onların heç birinin vəziyyətində ağırlaşma olmayıb".

Rauf Nağıyev vurğulayıb ki, halı pisləşənlər arasında uşaq və azyaşlılar olmayıb.

Dünən ümumilikdə çağırışların sayı 2200 nəfərə çatıb. Bu da adi günlərdən hardasa 200 nəfər çoxdur. Müraciət edənlər arasında ağır hal və ya ölüm olmayıb.

BAKU.WS