VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Metroda halı pisləşən sərnişin üçün təcili tibbi yardım çağırılıb.

Milli.Az xəbər verir ki, bu gün saat təxminən 14:30 radələrində Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında orta yaşlı bir qadının halı qəflətən pisləşib. Qadına əvvəlcə yaxınlıqdakı sərnişinlər yardım etməyə çalışıblar. Daha sonra stansiyaya təcili tibbi yardım briqadası da çağırılıb.

Lakin o vaxta kimi artıq nisbətən özünə gələn xəstə sərnişin həkimlərin xidmətindən istifadədən imtina edib və yoluna davam edib.
 
BAKU.WS