SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün səhər saatlarında Bakı metrosunda 50 yaşlı kişi sərnişinləri gözü qarşısında yıxılaraq ölüb.

Bu barədə BAKU.WS-ə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib. Onun sözlərinə görə, səhər saatlarında metronun "20 Yanvar" stansiyasının II vestibülündə bir kişinin halı pisləşib. O, yerə yıxılıb. Dərhal sərnişinlər və metropoliten işçiləri ona ilkin tibbi yardım göstəriblər.

“Metroda halı pisləşən şəxs 1968-ci il təvəllüdlü, Ağsu rayon sakini Nazim Bulud oğlu Qasımovdur. Metropolitenin əməkdaşları tərəfindən xəstəyə ilkin yardım göstərilib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Hadisə yerinə təcili tibbi yardım maşını çatana qədər sərnişin keçinib", - deyə B.Məmmədov vurğulayıb.

Ziya SƏCCAD
BAKU.WS