Cərrah mama-ginekoloq Səbinə Mirzəyeva vəfat edib. 

BAKU.WS-in əldə etdiyi məlumata görə, həkimlərin bütün səylərinə baxmayaraq məşhur ginekoloqun həyatını xilas etmək mümkün olmayıb.

Səbinə Mirzəyevanın cənazəsi "Göy məscid"ə aparılır. 

***15:20

Mama-ginekoloq Səbinə Mirzəyeva ilə bağlı yeni məlumat ortaya çıxıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, cərrah mama-ginekoloq Səbinə Mirzəyevanı həkimlərin səyləri nəticəsində həyata qaytara biliblər.

Lakin həkim ginekoloqun həyatı risk altındadır. Beyninə qan sızan Səbinə Mirzəyevanın yaxınları hazırda xəstəxanadadır. Həkimlər onun həyatını xilas etmək üçün əllərindən gələni edirlər.

***14:11

“Baku Medical Plaza”nın Qadın xəstəlikləri və Doğum Şöbəsinin cərrah mama-ginekoloqu Səbinə Mirzəyeva bu gün qəflətən dünyasını dəyişib.

BAKU.WS
qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Baku Medical Plaza”nın plastik cərrahı Sirus Qoçqani məlumat verib. Onun sözlərinə görə, həkimin qəflətən təzyiqi qalxıb, beyninə qan sızıb və vəfat edib.

Rəşad Əliyev
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ