SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Sentyabrın 15-də Novxanı qəsəbəsində qəzaya düşən bacıların ikincisi Leyla Qəhrəmanlı da vəfat edib.

Bu barədə "Qafqazinfo”ya L.Qəhrəmanlının yerləşdirildiyi Baku Medical Plazadan məlumat verilib.

Baş həkimin müavini Lalə Şəkərova L.Qəhrəmanlının bu gün səhər saatlarında dünyasını dəyişdiyini bildirib.

Qeyd edək ki, qəza nəticəsində L.Qəhrəmanlının böyük bacısı Sürəyyə Qəhrəmanlı hadisə yerində vəfat edib.
 
BAKU.WS