Rusiyanın dörd aviaşirkəti Azərbaycana uçuşlar üçün icazə alıb.
 
BAKU.WS-in məlumatına görə, 4 şirkətə - "Yamal", "Taymır", "Komiaviatrans", "Ural hava yolları"na 14 marşrut üzrə Azərbaycana reyslərin həyata keçirilməsinə razılıq verilib.

"Yamal" aviaşirkəti indi 10 marşrut üzrə reysləri yerinə yetirmək hüququna malikdir: "Kazan-Bakı", "Moskva-Lənkəran", "Ufa-Bakı", "Perm-Bakı", "Çelyabins-Bakı", "Soçi-Bakı", "Krasnoyarsk-Gəncə", "Samara-Bakı", "Nijni Novqorod-Bakı", "Sankt-Peterburq-Lənkəran". 

Rusiya hava nəqliyyatının federal agentliyi Rosaviasiyanın saytında yerləşdirilmiş sənəddə deyilir ki, "Taymır" aviaşirkətinə "Moskva-Zaqatala", "Moskva-Qəbələ" və "Moskva – Lənkəran" marşrutlarına icazə verilib. Reyslər həftədə üç dəfə yerinə yetiriləcəkdir. Uçuşlar "Boeing 737" təyyarələriylə həyata keçirilir.

"Komiaviatrans" aviaşirkəti "Kaluqa-Bakı", "Novqorod–Bakı", "Samara-Bakı" reyslərinin təşkilinə icazə alıb. Reyslər həftədə bir dəfə həyata keçiriləcək. Aviaşirkət "Embraer ERJ 145" təyyarələrindən istifadə edir.

"Ural hava yolları" "Kazan-Bakı" reyslərinin həyata keçirilməsi üçün icazə alıb. Bu aviya şirkət həftədə beş dəfə uçuşlar yerinə yetirəcək. 
 
ŞAHİN Həbibov
BAKU.WS