VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Dərmiryolu stansiyasında Bakı-Moskva reysi üzrə hərəkət edən qatarlara biletlərin qiyməti bahalaşıb.

 

Bu barədə vətəndaşlar BAKU.WS-ə şikayətlərində bildiriblər.

Şikayətçilərin sözlərinə görə, bu istiqamət üzrə qatarlara biletlər tapılmır. Lakin israr etdikdə kassada biletləri üstündə yazılan qiymətdən baha satırlar.

"Əgər bilet yoxdursa, niyə çox pul verəndə tapılır? Niyə biletlərin qiymətini üstündəkindən baha satırlar?”, - deyə şikayətçilər bildiriblər.

Suallara cavab tapmaq üçün "Azərbaycan Dəmir Yolları” QSC-i ilə əlaqə saxladıq. Qurumun "Sərnişindaşınmaları” şöbəsinin rəisi İlyar Muradov BAKU.WS-ə açıqlamasında bildirdi ki, avqust ayında həqiqətən də həmin istiqamət üzrə böyük sıxlıq olub. Onun sözlərinə görə, Bakı-Moskva istiqamətində biletlər tapılmadığı üçün növbələr yaranıb.

"Hazırda problem həll olunub. İndi biletlər var”, - deyə İlyar Muradov bildirib.

Biletlərin baha qiymətə satılmasına gəlincə, İlyar Muradov bu faktı inkar etmədi. O, biletlərin qiymətinin standart olmadığını dedi: "Hazırda biletlərin qiyməti dəyişir. Çünki Rusiyada valyuta standart deyil deyə, bilet qiymətləri də dəyişir”.

Ziya Səccad
BAKU.WS