SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakının Nizami rayonunda, "Neftçilər” metrostansiyasının yaxınlığında ağır avtoqəza baş verib. 60 saylı sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və yaxınlıqdakı körpüyə çırpılıb.

Nəticədə sürücü və 6 nəfər sərnişin yaralanıb. Sürücünün vəziyyətini ağır olduğu deyilir.

Hadisə yerinə FHN və DYP əməkdaşları cəlb olunublar. Yaralılar Təcili Tibbi Yardım maşınları ilə xəstəxanaya aparılıb.

Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, qəzanın baş vermə səbəbi avtobusun əyləc sisteminin sıradan çıxması olub.

Sürücü nə qədər çalışsa da, avtobusu dayandıra bilməyib və qəza qaçılmaz olub.

Təcili Tibbi Yardımdan isə bildirilib ki, xəstələrin vəziyyəti ağırdır. Onların kimlikləri barədə isə hələlik məlumat verilməyib.
 
Bakının Nizami rayonunda, metronun "Neftçilər” stansiyasının yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Bu barədə "Report”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.

O bildirib ki, yaralılardan 6 nəfərə ambulator yardım göstərilərək evə buraxılıb: "Digər iki yaralı isə hazırda xəstəxanadadır. Onların vəziyyəti orta-ağır kimi qiymətləndirilir və lazımi tibbi yardım göstərilir”.

 
BAKU.WS