VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün səhər saatlarında Maştağa - Koroğlu xətti ilə hərəkət edən "166" nömrəli sərnişin avtobusu Sabunçu dairəsi yaxınlığında qəza törədib.

Milli.az-ın əldə etdiyi məlumata görə, üzü "Koroğlu" istiqamətində hərəkən edən marşrut öncə yol kənarındakı ağaca, daha sonra isə divara çırpılıb.

Şahidlərin Milli.Az-a verdiyi məlumata görə, qəzaya avtobusun əyləc sistemində yaranan problem səbəb olub. Belə ki, avtobusu dayanacaqda saxlamaq istəyən sürücü əyləcin tutmadığını hiss edib, qarşıdakı avtomobilləri əzməmək və yolu keçən piyadaları vurmamaq məqsədi ilə sərnişin dolu avtobusu divara çırparaq saxlamaq qərarına gəlib.

Sərnişinlər yüngül xəsarətlərlə qəzadan yaxa qurtara biliblər.
 
BAKU.WS