SİZİN REKLAM BURADA!
055 213 76 73



Rusiyanın Krasnodar vilayətində dəhşətli avtobus qəzası baş verib.


BAKU.WS
-in məlumatına görə, iritutumlu sərnişin avtobusu yüksək sürətlə hərəkət edərək yolu keçmək istəyən 16 yaşlı 3 nəfəri vurub. Baş verən qəza müşahidə kameraları vasitəsilə çəkilib. Sonradan həmin görüntülər internetdə yayılıb.

Qəzadan da göründüyü kimi 3 nəfər yolu keçmək istəyir. Onlar yolu keçərkən yüksək sürətlə gələn avtobusu görmür. Nəticədə ağır qəza baş verib.

Hadisədən sonra ağır yaralanan Karina J. və Veronika J. xəstəxanaya yerləşdirilib. Həkimləro onların vəziyyətinin ağır olduğunu bildiriblər. Qızların kəllə-beyin travması aldığı bildirilib. Polina K. isə yüngül xəsarət alıb. Ona ilkin yardım göstəriblər və müalicə üçün evə buraxılıb.

BAKU.WS baş verən qəzanın görüntülərini təqdim edir:

Ziya Səccad
BAKU.WS