SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən mağazadan oğurluq hadisəsi anbaan kameranın obyektivinə düşüb. 

Hadisə bir neçə gün əvvəl baş verib.
 
Oxucumuzun BAKU.WS-ə göndərdiyi videodan görünür ki, gənc oğlan mağazanın içki şöbəsinin qarşısında dayanıb. O, sakitcə əlində saxladığı torbaya iki içki şüşəsi yerləşdirərək həmin yerdən uzaqlaşır.
 
Mağaza sahiblərinin bildirdiyinə görə, hadisə ilə bağlı polisə məlumat verilib. Oğrunun tapılması istiqamətində iş aparılır. 
 
Azad Əliyev 
BAKU.WS