VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Hindistanın Mumbay şəhərində dükanların birində mağaяa sahibi alıcının hücumuna məruz qalıb.

BAKU.WS-in məlumatına görə, alıcılardan biri mağaza sahibinin kobud rəftarından narazı qalıb. Narazılığını bildirəndə isə daha da kobud rəftarla üzləşib. Bu zaman alıcı mağazadan qəzəbli halda çıxıb və yarım saat keçməmiş mağazaya qayıdıb.

Bu dafə alıcının əlində qılınc olub. O qılıncla mağaza sahibinin başını kəsmək istəyib. Bir neçə dəfə zərbə endirsə də, sahibkar zərbələrdən yayınmağı bacarıb.

Mağazada işləyən satıcılar birtəhər alıcını tubublar. Onların köməkliyilə qılınc alıcının əlindən alınıb. Mağaza sahibi dərhal əraziyə polis çağırıb.

Baş verən hadisə mağazanın müşahidə kamerası vasitəsilə qeydə alınıb. Daha sonra video görüntü internet vasitəsilə yayılıb.

BAKU.WS həmin hadisənin videosunu təqdim edir:

Ziya Səccad

BAKU.WS