SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əmanətlərin Sığortalanması Fondu "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-yə borclu olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Fonddan BAKU.WS-ə verilən məlumata görə, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22.07.2016-cı il tarixli 2-1(81)-3620/2016 saylı qərarı ilə "Zaminbank" ASC, 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank" ASC, 2-1 (81)-3618/2016 saylı qərarı ilə "Parabank" ASC və 2-1(81)-3617/2016 saylı qərarı ilə "Dekabank" ASC məcburi ləğv edilib və Əmanətlərin Sığortalanması Fondu bu ilin iyulun 25-dən bu bankların ləğvedicisi kimi fəaliyyətə başlayıb.

Bununla əlaqədar olaraq, ləğvedici məcburi ləğv edilmiş banklar qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, Azərbaycan Respublikasının "Banklar haqqında" Qanununun 59-cu maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

"Ləğv prosesində olan banklara borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın məcburi ləğv olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir", - deyə məlumatda vurğulanıb.

Banka borcu olan şəxslər məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər.

Fondun ünvanı:

Bakı şəhəri, Bülbül prospekti 40

4-cü mərtəbə

Əlaqə nömrələri: ( 994 12) 596 65 91/92/93

Qaynar xətt: 941
 
BAKU.WS