SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən "Dekabank” ASC, "Kredobank” ASC, "Parabank” ASC və "Zaminbank” ASC-nin qorunan əmanətçilərinə 20,9 milyon manatdan çox kompensasiya ödənilib.

Lisenziyası ləğv edilən "Parabank" ASC-nin qorunan əmanətçilərinə 6 milyon 350 min 549 manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 6 milyon 350 min 549 manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 1 milyon 637 min 959 manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 1 milyon 67 min 399 manatdan çox kompensasiya ödənilib.

Əmanətlərin Sığortalanması Fondundan BAKU.WS-ə bildirilib ki, ümumilikdə 4 bank üzrə 15 milyon 406 min 455 manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Qeyd edək ki, avqustun 1-dən etibarən fond bağlanan 4 bankın qorunan əmanətçilərinə kompensasiya ödənişinə başlayıb. İyulun 25-də sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçiləri kompensasiyaların ödənilməsi üçün müvafiq olaraq "Dekabank" ASC, "Kredobank" ASC və "Zaminbank" ASC-nin baş ofisinə, "Parabank" ASC-nin qorunan əmanətçiləri isə müqavilə bağladıqları filiala müraciət edərək öz əmanətlərini geri ala bilərlər. Kompensasiya almaq üçün ərizə formalarını qorunan əmanətçilər avqustun 1-dən etibarən sığorta hadisəsi baş vermiş "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin filiallarından, Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Bülbül prospekti 40 ünvanında yerləşən ofisindən və Fondun rəsmi internet səhifəsi olan www.adif.az saytından əldə edə bilərlər.
 
BAKU.WS