SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gündən etibarən Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə lisenziyaları ləğv olunan "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsinə başlanılır.
 
BAKU.WS xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası tərəfindən təqdim olunmuş 25 iyul 2016-cı il tarixli 01/10-1549 nömrəli məktuba istinadən "Dekabank", "Kredobank", "Parabank" və "Zaminbank"da sığorta hadisəsi baş verdiyini bildirib. "Əmanətlərin sığortalanması haqqında" qanunun 2.1.9-cu maddəsinə müvafiq 25 iyul 2016-cı il tarixi adıçəkilən 4 bankda sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
 
Qeyd edək ki, 2016-cı ilin martın 1-də qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" qanunun 3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş və 2016-cı ilin martın 2-dən qorunan əmanətlər üçün qüvvəyə minmiş maksimal illik faiz dərəcəsi milli valyuta üzrə 12%, xarici valyuta üzrə 3% həddində olan fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.
 
BAKU.WS