"CinemaPlus" kinoteatrında içərisində "MacBook" olan portfel tapılıb.

BAKU.WS-in məlumatına görə, ötən gün 28 Mall-da yerləşən "CinemaPlus" kinoteatrının "Platinum" zalında sahibsiz qara portfel aşkarlanıb. 

Bu gün bizim redaksiyamıza müraciət edən paytaxt sakini çantanı kinoteatrda tapdığını bildirib. Filmə baxdıqdan sonra, o, yaxınlıqdakı kresloda qara portfeli görüb. Portfelin içərisində "Bakhshiyev Design Studio" şirkətinin kataloqu, bir neçə müqavilə, layihələr, "MacBook" və kinoteatrın "Platinum" kartı olub. 

Bu təşkilatda işləyən insanlardan xahiş edirik ki, qeyd edilən nömrə ilə əlaqə saxlasınlar: +994 558752538 — Yusif.
 
Xatirə Vəliyeva
BAKU.WS