SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Azərbaycanda bəzi istirahət mərkəzləri qiymətlərdə böyük endirimlər ediblər. 
 
BAKU.WS-in məlumatına görə, yayın istisində istirahət edə bilməyənlər payız fəslində bu arzularına çata biləcək. Belə ki, sərin havada olsa belə vətəndaşlar münasib qiymətlərə aquaparklarda dincələ biləcəklər. 
 
"Dalğa Beach Aquapark" endirim kampaniyasına başlayan ilk istirahət mərkəzlərindən biridir. Sentyabrın 1-dən bu aqauparkda giriş qiymətləri həftə içi - 10 AZN, həftə sonları şənbə və bazar - 15 AZN-ə düşüb. 0-8 yaşın uşaqlara "Dalğa Beach Aquapark"a giriş pulsuz (maks. 2 nəfər) olduğu halda, 8-12 yaşlı balacalara görə 5 AZN (maks. 2 nəfər) ödənilməlidir.
 
"Amburan Beach" da şok yay endirimi edən istirahət mərkəzlərindəndir. Burada istirahət etmək artıq 25 manata deyil, 12 manatadır. Boyu 134 sm-dən az olan uşaqların istirahət mərkəzinə girişi isə pulsuzdur. 
 
İsti yay günlərində ciblərimizi "qurudan" istirahət mərkəzləri yayın bitməsi ilə "möhtəşəm" kampaniyalara başlayıb. Görünür istirahət mərkəzləri mövsümü daha çox gəlirlə yekunlaşdırmaq istəyirlər. 
 
ŞAHİN Həbibov
BAKU.WS