VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

"Bakıda qadınların, əsasən də hicablı qadınların dənizdə yad kişilərin gözü qarşısında çimməyi şəri baxımdan düzgün deyil”.

 

Bu barədə tanınmış ilahiyyatçı Hacı Şahin Həsənli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, İslam dinində deyilir ki, müsəlman qadını naməhrəm kişinin yanında öz abrını saxlamalıdır. Naməhrəm yerlərini gizlətməlidir.

"Əgər dindar bir xanım hicablı formada dənizə girib çimirsə və onun islanmış paltarda olan naməhrəm yerləri kişilərin diqqətini çəkirsə, bu dini baxımdan günah və haramdır. Ümumiyyətlə qadınla kişinin birgə dənizdə çimməsi günahdır”, - deyə Hacı Şahin həsənli bildirib.

Tanınmış ilahiyyatçı deyir ki, dinə görə, hicablı qadının dəniz kənarına getməsi günah deyil. Lakin nəzərə alsaq ki, orada çılpaq kişilər var, onda bu bəyənilmir: "Bu baxımdan Bakıdakı çimərliklərin heç birində hicablı xanımları rahat istirahət edə bilməzlər. Yaxşı olardı ki, qadınlar üçün xüsusi ərazilər ayrılsın. Həmin çimərliklərdə hicablı qadınlar istirahət edə bilərlər”.

Hacı Şahin Həsənli bir çox müsəlman ölkələrindəki çimərliklərdə qadınlar üçün xüsusi yerlərin ayrıldığını bildiridi: "Ərəb ölkələrində və qardaş Türkiyədə belə bir çimərlik var. Orada yalnız qadınlar olurlar. Xanımlar özlərilə azyaşlı oğlan uşaqlarını da apara bilərlər. Bakıda da belə çimərliklər olsa, onda hicablı xanımlar rahat şəkildə ora gedə bilərlər”.

Ziya Səccad
BAKU.WS