Məşhur rus balerina Anastasiya Voloçkovanın Türkiyə istirahəti zamanı bədbəxt hadisə baş verib. 


BAKU.WS-in məlumatına görə, 39 yaşlı qadını dənizdə kiçik ölçülü akula dişləyib. Balerina buxtalardan birinə ekskursiya zamanı dənizdə çimmək fikrinə düşüb. Bu zaman ona akula hücum edərək ayağını dişləyib. 


Qeyd edək ki, Voloçkova məşhur azərbaycanlı milyonçu Telman İsmayılovun Antalyadakı  Mardan Palace otelində  istirahət edir. Kiçik ölçülü akulanın sağ ayağını dişləməsindən sonra Voloçkovanı təcili olaraq otelin tibb məntəqəsinə çatdırıblar. Burada ona infeksiya əleyhinə iynə vurublar. Ancaq axşam saatlarında gəzintiyə çıxan zaman Voloçkava ayağında möhkəm ağrılar hiss edib. Həkimlər onun oteldə yataq şəraitində istirahət etməsini tövsiyyə ediblər. 


Bunadək də həmin ərazidə akula gənc oğlana hücum etmişdi. Həkimlər oğlana tibbi yardım göstərdikdən sonra otel işçiləri insidenti gizlətməyə çalışmışdılar. 


Xatırladaq ki, bir neçə gün əvvəl Telman İsmayılovun 1,4 milyardlıq Mardan Palace otelinə həbs qoyulmuşdu. Ondan Art Dekor şirkətinə 800 min dollar məbləğində ödəniş etməsini tələb edirdilər.  Mardan Palace otelinə qarşı ümumilikdə 21 borc  iddiası qaldırılıb. 

 

Azad Əliyev 

BAKU.WS