Bu gün səhər saatlarından Göygöl Milli Parkına vətəndaşların girişi məhdudlaşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadovun BAKU.WS-ə verdiyi məlumata görə, milli parka giriş bu gün səhər saat 08:00-dan etibarən bağlanıb. Parka girişin dayandırılmasına səbəb isə ərazinin zibillərdən təmizlənməsidir.

"Hər həftə orada profilaktik tədbirlər keçirilir. Bu səbəbdən də, parka giriş dayandırılır. Parka giriş bu gün günorta saatlarına qədər məhdudlaşdırılacaq”, - deyə Vaqif Cavadov bildrib.

Xatırladaq ki, Göygöl Milli Parkına giriş bir həftə bundan əvvəl vətəndaşlar üçün açılmışdı. Bu müddət ərzində isə parkın ərazisi zibillənmişdi.

Ziya Səccad
BAKU.WS