İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb

25
okt
2019
16:59
Azərbaycanda istirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə, Böyük və Kiçik Qafqazda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın temperaturu dağətəyi rayonlarda 17-22, dağlıq rayonlarda 12-16 dərəcə isti təşkil edəcək.Lənkəran-Astara bölgəsində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.Havanın maksimal temperaturu18-23, dağlıq rayonlarda 10-15 dərəcə isti təşkil edəcək.Qazax-Gəncə zonasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 18-23 dərəcə isti təşkil edəcək.Aran rayonlarında hava əsasən yağmursuz keçəcək.Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-24 dərəcə isti təşkil edəcək.Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 20-25 dərəcə isti təşkil edəcək.Paytaxtda isə havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə isti təşkil edəcək.
Oxşar xəbərlər
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
İstirahət günlərində gözlənilən hava proqnozu açqılanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS verilən məl...
