Leysan olacaq, şimşək çaxacaq və dolu düşəcək

Yaxın günlərdə - mayın 19-u və 20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, may ayının 18-dən 19-na keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimal-şərq küləyi əsəcəyi ehtimal olunur:
"Bölgələrdə isə yaxın üç gündə - mayın 19-u, 20-si və 21-də yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli olacağı, şimşək çaxacağı və dolu düşəcəyi proqnozlaşdırılır".
Oxşar xəbərlər
İstirahət günlərində hava necə olacaq?
İstirahət günlərinin hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Samur-Yalama milli parkında havanın əsasən yağ...
