Hava bu tarixdən kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Hava bu tarixdən kəskin dəyişəcək - XƏBƏRDARLIQ
Sosial 8

Bakıda və Abşeron yarımadasında mayın 17-si gündüz şimal-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Mayın 17-si gündüzdən 18-i səhərədək bəzi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.

Oxşar xəbərlər

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində hava necə olacaq?

Bayram günlərində Azərbaycan ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aprelin 21-24-d...

23 Sosial 16:46 20 aprel 2023

Son xəbərlər