Azərbaycanda zəlzələ 4 bala qədər hiss olunub - YENİLƏNİB

Azərbaycanda zəlzələ 4 bala qədər hiss olunub - YENİLƏNİB
Sosial 2398

Azərbaycanda baş verən zələlə ilə bağlı Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Mərkəzdən BAKU.WS-ə daxil olan məlumatda bildirilir ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Dağıstanda Mahaçkaladan 82 km cənub, cənub-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ Azərbaycan ərazisində sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

***

Gəncə şəhərində və yaxın rayonlarda zəlzələ olub.

BAKU.WS xəbər verir ki, yeraltı təkanlar bu gün saat 10:42 radələrində qeydə alınıb.

Zəlzələ 40-45 saniyə davam edib.

Son xəbərlər