Bu rayonlara qar yağıb - FOTO

04
dek
2022
10:53
Dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.
Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.
Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.
Qalereya
Oxşar xəbərlər
Gədəbəy və Daşkəsənə qar yağıb - FOTO
Gədəbəy və Daşkəsən rayonuna qar yağıb. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarından ucqar kəndlərə qar yağmağa başlayıb.Daşkəsən rayonunu...