Yağışlı və küləkli hava neçə gün davam edəcək? - AÇIQLAMA

Yağışlı və küləkli hava neçə gün davam edəcək? - AÇIQLAMA
Sosial 423

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-34° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 30-32° isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşama doğru əksər rayonlarda tədricən kəsiləcək. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərinin hava proqnozu

İstirahət və bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə bildirilib ki, aprelin 30-u gündüz, mayın 01-də...

3945 Sosial 11:36 30 aprel 2022

Son xəbərlər