Sumqayıtda evdə YANĞIN - Qəsdən törədildiyi iddia olunur

Sumqayıtda evdə YANĞIN - Qəsdən törədildiyi iddia olunur
Photo
Hadisə 142

Sumqayıt şəhərinin Qurd dərəsi adlanan yaşayış massivində yerləşən fərdi yaşayış evlərindən birində yanğın baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunaraq yanğını qısa müddətdə söndürüblər və alovun yaxınlıqdakı tikililərə keçməsinə imkan verilməyib.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmasa da, evə ciddi maddi ziyan dəyib.

İddialara əsasən, yanğını ev sahibi qəsdən törədib. Faktla bağlı araşdırma aparılır.

This news edited with AI

Latest News