Yusuf NATO-nun çəkdiyi videoda Türkiyənin hərbi gücündən danışdı

15
may
2025
17:37
Paris-2024 Yay Olimpiya oyunlarındakı qələbəsi ilə müzakirələrə səbəb olan Yusuf Dikeçdən xəbər var.
BAKU.WS xəbər verir ki, o NATO-nun Türkiyə üçün çəkdiyi tanıtım videoçarxında yer alıb.
Bu barədə "Haberler.com" məlumat yayıb.
Görüntülərdə Yusufun Türkiyənin Avropa, Asiya və Afrika üçün strateji yerdə yerləşdiyi, iqtisadiyyatı və hərbi gücü barədə məlumat verdiyi kadrlar əks olunub.
O bildirib ki, Türkiyə NATO-da ən böyük orduya sahib ikinci ölkədir.
Xatırladaq ki, Yusuf Paris-2024 Yay Olimpiya oyunlarında atıcılıq üzrə gümüş medal qazanıb. O bu uğura görə ötən il Türkiyədə keçirilən "GQ Türkiye Men Of the Year 2024"ün qaliblərindən biri olub. Yusuf "İlin idmançısı" adına layiq görülüb.
Ətraflı videoda:
Paris Yay Olimpiya oyunları
Avropa
Paris
Asiya
Yusuf Dikeç
NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı)