Səfərbərliyə cəlb olunan müəllimlərin əvəzinə başqa müəllimlər dərs keçəcək - Nazir

Səfərbərliyə cəlb olunan müəllimlərin əvəzinə başqa müəllimlər dərs keçəcək - Nazir
Sosial 1298

Səfərbərliyə cəlb olunan müəllimlərin əvəz olunması proseduruna uyğun olaraq səfərbərliyə cəlb olunan müəllimlərin əvəzinə dərslərə başqa müəllimlər salınacaq.

BAKU.WS Trend-ə istinadla xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, Azərbaycanda müəllim sıxlığının olması bu problemin həllinə yardım edəcək.

E.Əmrullayev bu məsələ ilə bağlı problemin yaranmayacağına da əminliyini bildirib.

Son xəbərlər