Yeni qərar verildi: Müddət uzadıldı

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminin vaxtı 21 sentyabr saat 10:00-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək istəyən, lakin ixtisas seçimi etməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr saat 10:00-dək ixtisas seçimi ərizələrini təsdiq edə bilərlər. Həmin vaxta kimi ərizələrini təsdiq etməyənlər müsabiqədə iştirak edə bilməyəcəklər.
Qeyd edək ki, bu vaxta kimi 900-dən artıq abituriyent (subbakalavr) ixtisas seçimi etsə də, öz ərizəsini təsdiq etməyib. DİM tərəfindən həmin şəxslər SMS vasitəsilə məlumatlandırılıb.
Oxşar xəbərlər
Kollec məzunlarının NƏZƏRİNƏ
Ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır. Dövlət İmtahan Mərkəzindən BAKU.WS-ə verilən məlumata görə, ali t...
