SİZİN REKLAM BURADA!
055 213 76 73


Təhsil naziri Emin Əmrullayev məktəb direktoruna töhmət verib.

BAKU.WS xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “Müəllimlərin etik davranış Qaydaları”nı pozduğuna görə Saatlı rayonu Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevə Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Xatırladaq ki, bir neçə gün öncə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin avtobus sürücüsü kimi çalışdığı barədə məlumatlar yayılmışdı. 

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

"Sosial şəbəkələrdə Saatlı rayon Yeni Novruzlu kənd tam orta məktəbinin direktoru Elnur Rzayevin məzuniyyət vaxtı avtobus sürücüsü işləməsi ilə bağlı fikirləri həqiqəti əks etdirmir. Bildiririk ki, "BakuBus MMC"də bu adda sürücü çalışmır. Elnur Rzayevlə əlaqə saxlanılıb və özünün də bildirdiyinə görə, o, bunu sadəcə paylaşım xatirinə edib".

BAKU.WS