VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

BAKU.WS xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı üçün imtahanın davametmə müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.

Eyni zamanda Nazirlər Kabineti “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib.

Nazirlər Kabineti dəyişikliyi Dövlət İmtahan Mərkəzinin təklifinə əsasən qərara alıb.

Qərara əsasən, qəbul imtahanını rus dilində verən abituriyentlərin Azərbaycan dili (dövlət dili kimi) fənnindən ayrıca test imtahanı vermələri üçün imtahanın davametmə müddəti 1 saat 30 dəqiqəyədək artırılıb.

Qeyd edək ki, bundan əvvəl həmin imtahanların davametmə müddəti 45 dəqiqə idi.

Xatırladaq ki, imtahanda abituriyentlərə Azərbaycan dili (dövlət dili kimi) fənnindən 30 tapşırıq təqdim edilir. Abituriyentlərin toplaya biləcəyi maksimal bal 30 baldır. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir və “məqbul” alanlar müvafiq tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (ixtisas seçiminə) buraxılırlar.

BAKU.WS