Azərbaycanlı gənc imtahan vermədən universitetə daxil oldu

16
avq
2019
15:50
287 nömrəli “Zəkalar” liseyinin məzunu Rəhman Nəsirli müsabiqə yolu ilə qəbul olunaraq Azərbaycan Dillər Universitetini seçib.Universitetdən BAKU.WS-ə verilən məlumata görə, coğrafiya fənni üzrə Republika Fənn Olimpiyadasının final turunu keçdikdən sonra olimpiadada gümüş medal qazanan R.Nəsirli bununla da təhsil almaq istədiyi ali təhsil müəssisələrini imtahan vermədən seçmək şansı əldə edib.Olimpiadada qalib gələcəyinə inamı olmayan R.Nəsirli digər abituriyentlərdən əvvəl imtahan vermədən universitetə qəbul olmağın qəribə hisslər yaşatdığını deyib.Rəhman Nəsirli Norveç Krallığına olan marağı və müəllimlərinin də tövsiyəsi ilə artıq Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Skandinaviyaşünaslıq ixtisası üzrə I kurs tələbəsidir.
Oxşar xəbərlər
Bu abituriyentlər universitetə imtahan vermədən qəbul ola bilər
Kollec məzunları ixtisas uyğunluğu gözlənilməklə qəbul imtahanlarında iştirak etmədən ali məktəblərə qəbul ola bilər.BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir...