SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İsveçrənin Montro Biznes Məktəbinin Elmi Şurasının qərarı ilə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev həmin universitetin Fəxri Professoru adına layiq görülüb.
 
Eyni zamanda Əhməd Vəliyev İsveçrənin Montro Biznes Məktəbinin Xüsusi Komitəsinin Daimi üzvü seçilərək, həmin ali məktəbdə qərarların qəbul edilməsində iştirak etmək hüququ qazanmışdır.

Fəxri Diplomu təqdim etmək üçün İsveçrədən Andryu Tasunun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana səfər etmişdir. Odlar Yurdu Universitetini ziyarət edən qonaqlar İsveçrənin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə birlikdə Fəxri diplomu professor Əhməd Vəliyevə təqdim etmişlər. Eyni zamanda Andryu Tasun səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair Odlar Yurdu Universiteti ilə imzalanmış əməkdaşlıq müqaviləsindən razılığını dilə gətirmişdir. O, bildirmişdir ki, riyaziyyat elminin inkişafında, elmi mütəxəssislərin, fəlsəfə  və elmlər doktorlarının hazırlanmasında müstəsna xidmətləri olan  bir alimə–professor Əhməd Vəliyevə Fəxri Professor adının verilməsi eyni zamanda Azərbaycanın elminə və təhsilinə verilən dəyərin və inamın göstəricisidir.

Daha sonra səfər proqramı qonaqların ali məktəb və Odlar Yurdu Universitetinin nəzdində fəaliyyət göstərən digər qurumlarla tanışlığı ilə davam etdi.

BAKU.WS