Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışında dünya çempionu olub - VİDEO
Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu olub.
Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyindən bildirilib.
Ümumilikdə 8 komanda ilə mübarizə aparan milli komanda “RC Craft” kateqoriyası üzrə 1 qızıl, ”FPV Drone” və “Drone Soccer” kateqoriyaları üzrə isə 2 bürünc medalın sahibi olub. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə ilə dünya miqyasında birinci yeri tutub.
Oxşar xəbərlər
11 illik buraxılış imtahanının nəticələri elan olunub
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə BAKU.WS-ə DİM-dən məlum...