Dəyişkən gəlirdə şəxsi büdcə necə planlanmalıdır? – maliyyə mütəxəssislərindən izah

Dəyişkən gəlirdə şəxsi büdcə necə planlanmalıdır? – maliyyə mütəxəssislərindən izah
Sosial 20

Maliyyə planlaması sabit gəlir olduqda nisbətən asan olsa da, gəliri dəyişkən olan şəxslər üçün büdcə idarəetməsi daha çətin hesab olunur. Mütəxəssislər xüsusilə frilanserlər və özünəməşğul şəxslərin bu məsələyə diqqət etməli olduğunu bildirirlər.

BAKU.WS xəbər verir ki, qeyd olunur ki, qeyri-sabit gəlirin əsas problemi sifarişlərin və ödənişlərin qeyri-müntəzəm olmasıdır. Bəzi aylarda yüksək gəlir əldə edilsə də, digər dövrlərdə ciddi azalma yaşana bilər. Bundan əlavə, müştərilərin büdcə azaltması və ya ödənişləri gecikdirməsi də maliyyə planlamasını çətinləşdirir.

Mütəxəssislər bildirirlər ki, belə hallarda ilk növbədə əsas və məcburi xərclərin nəzarətdə saxlanılması vacibdir. Kommunal ödənişlər, kreditlər və gündəlik ehtiyaclar prioritet hesab olunmalıdır.

Tövsiyə olunur ki, gəlir və xərclərin bir bank üzərindən idarə edilməsi maliyyə axınını daha şəffaf edir. Bank tətbiqlərində mövcud olan analitik və təqvim funksiyaları vasitəsilə ödənişlərin planlanması daha asan həyata keçirilə bilər.

Mütəxəssislər həmçinin vurğulayırlar ki, frilanserlərin ən çox yol verdiyi səhvlərdən biri vergi ödənişlərinin kənara qoyulmaması, maliyyə yastığının formalaşdırılmaması və xərclərin əvvəlcədən planlanmamasıdır. Bu isə gəlir azaldıqda borclanma riskini artırır.

Son xəbərlər