Qəhvə aşağı təzyiqi "xilas etmir" – həkimlərdən 3 vacib açıqlama
Aşağı arterial təzyiq (hipotoniya) ilə bağlı yeni tibbi məlumatlar açıqlanıb. Mütəxəssislər bildirirlər ki, bu vəziyyət hər zaman xəstəlik sayılmır və qiymətləndirmədə əsas rol rəqəmlərdən çox, insanın özünü necə hiss etməsi oynayır.
BAKU.WS xəbər verir ki, həkimlərin sözlərinə görə, aşağı təzyiq bəzən orqanizmin fərdi xüsusiyyəti kimi qəbul olunur. Lakin zəiflik, başgicəllənmə, göz qaralması, huş itirmə kimi əlamətlər müşahidə edilərsə, bu halda vəziyyətə ciddi yanaşmaq lazımdır.
Mütəxəssislər qeyd edirlər ki, geniş yayılmış fikrin əksinə olaraq qəhvə təzyiqi etibarlı şəkildə yüksəltmir. Kofein yalnız qısa müddətli təsir göstərir və orta hesabla sistolik təzyiqi təxminən 1–2 mm civə sütunu qədər artırır. Daimi qəhvə istehlak edən şəxslərdə isə bu təsir daha da zəifləyə bilir.
Həmçinin bildirilir ki, bəzi hallarda təzyiq yeməkdən sonra da düşə bilər. Bu vəziyyət "postprandial hipotoniya" adlanır və daha çox yaşlı insanlarda müşahidə olunur. Yeməkdən sonra qan axınının həzm sisteminə yönəlməsi nəticəsində zəiflik, başgicəllənmə və göz qaralması kimi şikayətlər yarana bilər.
Həkimlər bu simptomların davamlı olduğu hallarda tibbi müayinənin vacibliyini vurğulayırlar.
Oxşar xəbərlər
FHN Bakıda yaşayış binasında təlim keçirib
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə Bakı şəhəri, Yasamal rayonu,...