Azərbaycanda dörd nəfərə yüksək VƏZİFƏ VERİLDİ - ADLAR
Yeniliklərdən dərhal xəbərdar olun
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni təyinatlar olub.
BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, təyinatlarla bağlı agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.
Əmrlərə əsasən, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin olunublar.
E.Əliyev bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə, yəni Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsinə isə buna qədər həmin departamentin müdir müavini olan İlkin Rafayıl oğlu Tahirov təyinat alıb.
Bundan başqa, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri olan Cavid Ziyatxan oğlu Əhmədli agentliyin Maliyyə Departamentinin müdir müavini təyin edilib.
Oxşar xəbərlər
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. BAKU.WS bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəy...