VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bakı Slavyan Universitetinin yeni rektoru ali məktəbdə rus dilində danışmağı qadağan edib. O bildirib ki, kim universitetdə rus dilində danışsa, onu cəzalandıracaq.  

BAKU.WS xəbər verir ki, bu haqda "Əli və Nino" mağazalar şəbəkəsinin Facebook səhifəsində qeyd edilib. 

Bu məsələ ilə bağlı BAKU.WS əməkdaşı universitetin mətbuat katibi Adil Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, məzuniyyətdədir və universitetdə olan proseslər haqqında heç bir informasiya verə bilmir.
 
Xatırladaq ki, bir neçə gün öncə universitetin yeni rektoru Nurlana Əliyeva ali məktəbin binasının fasadında olan mozaikanın dağıdılmasıyla əlaqədar qərar verib. 
 
Elnurə Vəliyeva
BAKU.WS