VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı (II cəhd) və peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsini keçirəcək.

DİM-dən BAKU.WS-ə verilən məlumata görə, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 6 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 61 binada aparılacaq.

İmtahanda iştirak etmək üçün 14 843 bakalavr ərizə təqdim edib. Onlardan 13 796 nəfəri Azərbaycan bölməsi, 1 047 nəfəri isə rus bölməsi üzrə imtahan verəcək.

PMS imtahanı isə Bakıda 2 binada təşkil olunub. İmtahana qeydiyyat DİM-in internet səhifəsi vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 522 nəfər müraciət edib.

İmtahanların idarə olunmasına 63 ümumi imtahan rəhbəri, 180 imtahan rəhbəri, 1428 nəzarətçi-müəllim, 138 buraxılış rejimi əməkdaşı (mühafizə), 63 bina nümayəndəsi cəlb olunub.

BAKU.WS